Xəzərdə çimən Bakının 3 sakini boğulub

Xəzərdə çimən Bakının 3 sakini boğulub Boğulma hadisələri ilə bağlı araşdırma aparılır
Hadisə
118
25 İyul , 2015 13:01
Xəzərdə çimən Bakının 3 sakini boğulub

Bakı. 25 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunun Mərdəkan dəniz çimərliyində Bakı şəhər sakinləri Əli Bağırov və Cahad Alızadə çimərkən boğulublar. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hər iki şəxsin meyiti sudan çıxarılıb.

Bundan başqa, Sabunçu rayonunun Pirşağı çimərliyində Bakı şəhər sakini Kənan Əsgərov çimərkən boğulub.

K.Əsgərovun da meyiti sudan çıxarılıb.

Boğulma hadisələri ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi