Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib

Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib Hadisə Xəzər rayonu sahillərində baş verib
Hadisə
28 Avqust , 2016 19:36
Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib

Bakı. 28 avqust. REPORT.AZ/ Axşam saatlarında Bakının Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi