Xəzərdə bir gündə 4 nəfər boğulub

Xəzərdə bir gündə 4 nəfər boğulub Faktlarla bağlı araşdırmalar aparılır
Hadisə
29 İyul , 2015 13:37
Xəzərdə bir gündə 4 nəfər boğulub

Bakı. 29 iyul. REPORT.AZ/ Xəzərdə bir gündə 4 nəfər suda boğulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Xaçmaz rayonunun Şimai kəndinin dəniz çimərliyində Qusar rayon sakini Faizə Osmanova qızı Olya ilə birgə, Lənkəran rayonunun Sütəmurdov kəndinin dəniz çimərliyində Biləsuvar rayon sakini Cavid Miriyev, Siyəzən rayonunun Balaca Həmyə kəndinin dəniz çimərliyində rayon sakini Malik Məmmədov çimərkən boğulub.

Onların meyitləri sudan çıxarılıb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi