Yuxarı

​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

Hər iki hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib

Bakı. 31 iyul. REPORT.AZ/ Abşeron çimərliyində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.

Hər iki hadisə Bakının Xəzər rayonu ərazisində 18:15 və 18:55 radələrində qeydə alınıb. Batmaq təhlükəsi ilə üzləşmiş şəxslər dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi