Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzərdə batan gəncin meyiti tapılıb Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.
Hadisə
10 İyun , 2021 10:11
Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi