Yuxarı
    Bağlamaq

    Xəzərdə batan azərbaycanlı modelin ölümü ilə bağlı cinayət işi başlanılıb

    Zəruri istintaq tədbirləri aparılır

    Bakı. 29 iyun. REPORT.AZ/ Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

    Prokurorluqdan qeyd olunub ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.

    Qeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.

    Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi