Xəzərdə balıqçı qayığı batıb, üç nəfər itkin düşüb - YENİLƏNİB - FOTO

Xəzərdə balıqçı qayığı batıb, üç nəfər itkin düşüb - YENİLƏNİB - FOTO Onların axtarışları davam edir
Hadisə
4 Noyabr , 2015 15:46
Xəzərdə balıqçı qayığı batıb, üç nəfər itkin düşüb - YENİLƏNİB - FOTO

Bakı. 4 noyabr. REPORT.AZ/ Xəzər dənizində itkin düşən balıqçıların adları açıqlanıb. "Report"un xəbərinə görə, bunlar Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

*** 14: 40

Bakı. 4 noyabr. REPORT.AZ/ Xəzər dənizində balıqçı qayığı batıb. "Report"un məlumatına görə, hadisə Xaçmaz rayonunun Niyazabad kəndinə yaxın ərazidə baş verib. İlkin məlumatlara görə, havanın küləkli olması səbəbindən batan qayıqda 3 nəfər balıqçı olub. Hələlik balıqçıların kimliyi məlum deyil və onların axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi