Bakı. 20 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar yerli vaxtla saat 12:49-da Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3.4, dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.