​Xəzərdə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib

​Xəzərdə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib Hər iki şəxs xilas edilib
Hadisə
21 İyun , 2015 23:36
​Xəzərdə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib

Bakı. 21 İyun. REPORT.AZ/ Axşam saatlarında Bakının Sabunçu və Suraxanı rayonları ərazisində 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçuda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Digər hadisə Suraxanıda baş verib. Dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:37-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi