​Xəzərdə 15 yaşlı gənc batıb

​Xəzərdə 15 yaşlı gənc batıb Daha iki nəfər xilas edilib
Hadisə
17 Avqust , 2015 00:02
​Xəzərdə 15 yaşlı gənc batıb

Bakı. 17 Avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Xaçmaz rayonu, Müqtədır qəsəbəsində 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, onlardan ikisi qurumun dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlunun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti bir neçə saatdan sonra “Şimal” Dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi