Xəzərdə 1 nəfər batıb

Xəzərdə 1 nəfər batıb Bakı. 16 sentyabr. REPORT.AZ/ Xəzər dənizində 1 nəfər batıb.
Hadisə
16 Sentyabr , 2018 17:07
Xəzərdə 1 nəfər batıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Xəzər dənizində 1 nəfər batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi