Xəzər rayonunda vətəndaş qaz sobasının üzərinə yıxılaraq ölüb

Xəzər rayonunda vətəndaş qaz sobasının üzərinə yıxılaraq ölüb Hadisə ilə bağlı araşdırmalar aparılır
Hadisə
23 Dekabr , 2014 13:01
Xəzər rayonunda vətəndaş qaz sobasının üzərinə yıxılaraq ölüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda vətəndaş qaz sobasının üzərinə yıxılaraq ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 22-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Qurban Hacıyev evində qaz sobasının üzərinə yıxılıb. Nəticədə yanıq xəsarəti alan Q.Hacıyev xəstəxanaya yerləşdirilib. Amma edilən tibbi yardımlara baxmayaraq,  Q.Hacıyev xəstəxanada ölüb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi