​Xəzər rayonunda minik avtomobili yanıb

​Xəzər rayonunda minik avtomobili yanıb Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub
Hadisə
26 May , 2015 06:48
​Xəzər rayonunda minik avtomobili yanıb

Bakı. 26 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində vətandaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi