Paytaxtda intihara cəhd hadisəsi baş verib

Paytaxtda intihara cəhd hadisəsi baş verib Şağan sakini ülgüclə qollarını kəsib və çoxsaylı dərman içib
Hadisə
16 Aprel , 2017 17:53
Paytaxtda intihara cəhd hadisəsi baş verib

Bakı. 16 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Şağan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbənin Qazmaçılar küçəsindəki evlərdən birində yaşayan 1993-cü il təvəllüdlü K.Əliyeva evdə ülgüclə hər iki qolunu kəsərək və çoxsaylı dərman içərək intihara cəhd edib. Onu ağır vəziyyətdə görən qohumları təcili yardıma müraciət ediblər. 

Həkimlərin səyi nəticəsində K.Əliyevanın həyatını xilas etmək mümkün olub. 

Son xəbərlər

Orphus sistemi