Bakıda evə basqın olub, ev sahibinə bıçaqla xəsarət yetirilib

Bakıda evə basqın olub, ev sahibinə bıçaqla xəsarət yetirilib Həmin şəxs mənzildən 2500 manat pul götürüb
Hadisə
11 İyul , 2016 17:36
Bakıda evə basqın olub, ev sahibinə bıçaqla xəsarət yetirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda evə basqın olub.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Naməlum şəxs Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yaşayan 1980-ci il təvəllüdlü Nazim Baxşıyevin evinə açıq qapıdan daxil olub. Mənzilə daxil olan şəxs ev sahibinin əllərini yapışqanlı lentlə bağlayaraq üz və bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib və 2500 manat pul götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi