Xəzər rayonunda əl qumbaraları aşkar edildi

Xəzər rayonunda əl qumbaraları aşkar edildi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində 3 ədədəl qumbarasının tapılmasıməlumat daxil olub.
Hadisə
1031
30 Avqust , 2020 16:30
Xəzər rayonunda əl qumbaraları aşkar edildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində 3 ədəd əl qumbarasının tapılması məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən, Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd əl qumbarası (partladıcısız), 5 ədəd UZRQM partladıcısı və 59 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında ətrafında 800 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi