Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Əmiraslanov Vüqar tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.