Xəzər rayonunda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb

Xəzər rayonunda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Oktyabr , 2019 01:53
Xəzər rayonunda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Hacıyeva Rəksanə Malik qızı yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona kəllə-beyin travması və baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi