Bakı. 5 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar yerli vaxtla saat 03:05:52-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3,3, dərinliyi 45 km olan zəlzələ hiss olunmayıb.