Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib Zəlzələnin maqnitudası 3,1, dərinliyi 60 km olub
Hadisə
26 Yanvar , 2016 11:11
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib

Bakı. 26 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, dünən yerli vaxtla saat 16:56-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.

Son xəbərlər

Orphus sistemi