Xəzər dənizindən kişi meyiti çıxarılıb

Xəzər dənizindən kişi meyiti çıxarılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Fevral , 2017 09:06
Xəzər dənizindən kişi meyiti çıxarılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə müşahidə edilən meyit sahilə çıxarılıb. “Report”un xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məluamata görə, dünən saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi