Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar ilkin məlumatlara əsasən yerli vaxtla saat 08:36-da Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3,9, dərinliyi 57 km olan zəlzələ hiss edilməyib