Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə 15:30:15- də Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
3,9 maqnitudası olan zəlzələ 34 km dərinlikdə qeydə alınıb.
Zəlzələnin təkanları hiss olunmayıb.