Bakı. 6 oktyabr. REPORT.AZ/ Xəzər dənizində yeraltı təkanlar baş verib.
"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla 02:01-də Astaradan 48 km. şərqdə qeydə alınıb.
Yeraltı təkanların gücü 3,3 bal olub və hiss olunmayıb.