Bakı. 7 iyun. REPORT.AZ/ Xəzər dənizində zəlzələ olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumata əsasən, yerli vaxtla 05:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 60 km olub.