Xəzər dənizində yanan Rusiya gəmisinin ekipaj üzvləri evakuasiya edilib

Xəzər dənizində yanan Rusiya gəmisinin ekipaj üzvləri evakuasiya edilib Təxliyə prosesini yaxınlıqdan keçən gəmi icra edib
Hadisə
23 Aprel , 2016 11:37
Xəzər dənizində yanan Rusiya gəmisinin ekipaj üzvləri evakuasiya edilib

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizində yanan tankerdə olan 18 nəfərin hamısı evakuasiya edilib. Təxliyə prosesini yaxınlıqdan keçən gəmi icra edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN-in Cənub Regional Mərkəzinin nümayəndəsi çatdırıb.

Onun sözlərinə görə, hazır olan kimi Rostovda yerləşən FHN-in aviasiya-xilasedici mərkəzindən "Be-200" təyyarəsi olay yerinə yönləndiriləcək.

Qeyd edək ki, daha əvvəl FHN-dəki mənbə "RİA Novosti"yə yanğın zamanı bir nəfərin həyatını itirdiyini bildirib.

Xatırldaq ki, hadisə Xəzər dənizində Türkmənistanın ərazi sularında, Həştərxandan təxminən 800 kilometrlik məsafədə baş verib.

Son xəbərlər

Orphus sistemi