Xəzər dənizində yanan Rusiya gəmisində 11 ekipaj üzvü olub

Xəzər dənizində yanan Rusiya gəmisində 11 ekipaj üzvü olub Rusiya FHN Xəzər dənizində yanan gəminin söndürülməsinə cəlb edilməyəcək
Hadisə
23 Aprel , 2016 14:15
Xəzər dənizində yanan Rusiya gəmisində 11 ekipaj üzvü olub

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində Türkmənistanın ərazi sularında yanan Rusiya gəmisinin söndürülməsinə cəlb edilməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Cənub Regional Mərkəzindən bildirilib.

Məlumata görə, xilas edilən ekipaj üzvlərinin sayı daha əvvəl xəbər verildiyi kimi 18 yox, 10-dur. Bir mexanik isə həyatını itirib.

Evakuasiya edilmiş bütün dənizçilər Həştərxana çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi