Yuxarı

Xəzər dənizində Rusiyaya məxsus "PALFLOT 2" gəmisində yanğın baş verib

Azərbaycan FHN-nin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin Vixr-5 gəmisi hadisə yerinə cəlb edilib

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi