Yuxarı

Xəzər dənizində Rusiya tankerində baş verən yanğın söndürülüb - VİDEO

Yanğın sahildən təqribən 110 km. məsafədə baş verib

Bakı. 23 Aprel. REPORT.AZ/ Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya tankerində baş verən yanğınla bağlı birgə məlumat yayıb.

“Report” xəbər verir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri dərhal hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi