Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb

Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb Meyit bir müddət suda qaldığından tanınmaz hala düşüb
Hadisə
9 Dekabr , 2016 16:40
Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda təqribən 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, Bilgəh çimərliyi ərazisində dənizdə 40-45 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriblər. Meyit bir müddət suda qaldığından üzü tanınmaz hala düşüb.

Onun üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi