Yuxarı

Xəzərdə batmış 27 yaşlı qızın nişanlı olması məlum olub - YENİLƏNİB

Xəzərdə batmış 27 yaşlı qızın nişanlı olması məlum olub - YENİLƏNİB
Cütlüyün bir ay sonra toyu olacaqdı

Qax. 4 sentyabr. REPORT.AZ/ Xəzər dənizində batmış 27 yaşlı qızın nişanlı olması məlum olub.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, nişanlı cütlük - Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər.

A. Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, R. Məmmədovu isə dalğalar sahilə atıb. R. Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb.

Qax sakinlərinin "Report" a verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı. 


***22:24

Xəzər dənizində batan qızın cəsədi tapılıb.

"Report" un məlumatına görə, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı deyilən Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Nazim qızı Hacızərovanın cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi