​Xəzər dənizində batan balıqçının meyiti tapılıb - YENİLƏNİB

​Xəzər dənizində batan balıqçının meyiti tapılıb - YENİLƏNİB Hazırda onun axtarışları davam etdirilir
Hadisə
19 Aprel , 2015 13:33
​Xəzər dənizində batan balıqçının meyiti tapılıb - YENİLƏNİB

ilk xəbər saat 10:05-də yayımlanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Xəzər dənizi sularında batan balıqçının axtarışı üzrə əməliyyat başa çatıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, davam etdirilən axtarış-xilasetmə nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:10-da başa çatıb.

***

Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m. aralıda suda batma təhlükəsi ilə üzləşib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib.

Hazırda digər balıqçının axtarışı davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi