Yuxarı
    Bağlamaq

    Xəzər dənizində ardıcıl üçüncü dəfə zəlzələ olub

    Zəlzələnin maqnitudası 3.1, dərinliyi 46 km olub

    Bakı. 21 aprel. REPORT.AZ/ Xəzər dənizində daha bir zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    İlkin məlumatlara əsasən, aprelin 20-də yerli vaxtla saat 19:00-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

    Zəlzələnin maqnitudası 3.1, dərinliyi 46 km olub.

    Qeyd edək ki, aprelin 19-da 02:46 və aprelin 20-də saat 00:22-də də zəlzələ olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi