“Xəyal Adası” MMC-dən oğurluq edən şəxs məhkəmə zalında həbs edilib

“Xəyal Adası” MMC-dən oğurluq edən şəxs məhkəmə zalında həbs edilib Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
16 İyun , 2017 15:13
“Xəyal Adası” MMC-dən oğurluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elçin Mustafazadə, Məhərrəm Baxşıyev və Samid Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mustafazadə və M.Baxşıyevin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

S.Hacıyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib vəp onu barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan təsdbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ötən il noyabrın 19-da Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlamış Bakı şəhər sakini E.Mustafazadə, Lənkəran şəhər sakini S.Hacıyev və M.Baxşıyev tutulub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi