Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinə hökm oxunub

Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinə hökm oxunub Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 Dekabr , 2017 10:57
Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinə hökm oxunub

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında M.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.

M.Vəliyev CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi