Xətaidə sürücü avtomobilini dirəyə çırpıb, xəsarət alan var

Xətaidə sürücü avtomobilini dirəyə çırpıb, xəsarət alan var Bakıda növbəti yol-nəqliyyat hadisəs baş verib.
Hadisə
9 Noyabr , 2019 04:31
Xətaidə sürücü avtomobilini dirəyə çırpıb, xəsarət alan var

Bakıda növbəti yol-nəqliyyat hadisəs baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Seyidov Darvin Məhəmməd oğlu ona məxsus olan avtomobillə idarəetməni itirib. 

Avtomobil səkidəki dəmir dirəyə dəyərək dayanıb. 

Qəzada yaralanan sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona açıq kəllə beyin travması diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi