Xətaidə 4 evdən 26 min manatlıq oğurluq edilib

Xətaidə 4 evdən 26 min manatlıq oğurluq edilib Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.
Hadisə
14 Dekabr , 2019 12:40
Xətaidə 4 evdən 26 min manatlıq oğurluq edilib

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçirib.

Daxil olmuş müraciətlər əsasında keçirdikləri nəticəsində rayon ərazisindəki 4 evdən, ümumilikdə, 14 920 manat pul, 11 200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi