Bakıda 2 maşın toqquşub, hər iki sürücü xəsarət alıb

Bakıda 2 maşın toqquşub, hər iki sürücü xəsarət alıb Bakının Xətai rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası olub.
Hadisə
8 Avqust , 2019 01:59
Bakıda 2 maşın toqquşub, hər iki sürücü xəsarət alıb

Bakının Xətai rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, "Fəridə" şadlıq sarayı yaxınlığında baş vermiş qəza nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü Baloğlanov Bakir Şakir oğlu və 1977-ci il təvəllüdlü Əliyarov Taleh Zəbulla oğlu xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Baloğlanov Bakirə döş qəfəsinin əzilməsi və qarın nahiyəsinin küt travması, Əliyarov Talehə isə alnın əzilmiş yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi