Yuxarı

Xətai RPİ-nin rəis müavini: "Radiozavod"da baş vermiş partlayışla bağlı araşdırma aparılır" - FOTO - VİDEO

Xətai RPİ-nin rəis müavini: "Radiozavod"da baş vermiş partlayışla bağlı araşdırma aparılır" - FOTO - VİDEO
Hadisə zamanı təqribən 100 kvadratmetr ərazi yanıb
© Report

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayışla bağlı araşdırma aparılır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Fəxrəddin Əliyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

"İlkin məlumat hələ yoxdur, araşdırma gedir. Yanğın hadisəsi baş verib. Yanğının nədən baş verdiyi araşdırılır. Xəsarət alan olmayıb. Təxminən yardımçı binada 100 kvadratmetr ərazi yanıb" .

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəlib. Əraziyə ilkin baxış keçirilib.

Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi