Yuxarı

Xətai rayonunda yanğın olub, ev sahibinin yanmış meyiti aşkarlanıb

Evin qalan hissəsi yanğından mühafizə olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birotaqlı mənzildə yanğın hadisəsi olub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyitini aşkar edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi