Yuxarı

Xətai rayonunda quldurluq hadisəsi baş verib

Faktla bağlı araşdırma aparılır

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda quldurluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, hadisə Məhəmməd Hadi küçəsində baş verib.

Belə ki, Şahbuz rayon sakini 26 yaşlı Sani Əliyev Bakı şəhər sakini 33 yaşlı Bilal Mehdiyevi döyüb, daha sonra cibində olan 1700 manatı götürərək qaçıb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi