Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in hadisə yerinə cəlb olunmuş xilasediciləri liftin qapısını açaraq vətəndaşın oradan çıxmasına şərait yaradıblar.