Bakı. 2 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonuda su kəmərinin deşilməsi nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və insanların evlərdə köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 8 nəfərə müvafiq köməklik göstəriblər.
Xətai rayonunda həyətlərə su dolub: köməksiz qalmış 8 nəfər xilas edilib
Hadisə
2 Yanvar , 2015
17:53
https://static.report.az/photo/e38476f2-7bfc-4f3b-ab42-d9fdc6f73379.jpg