Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib

Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib Otuz üç yaşlı Ceyhun Yarmetov yaşadığı binanın həyətində bıçaqlanıb
Hadisə
29 Sentyabr , 2016 03:30
Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Mehmandarov küçəsində 33 yaşlı Ceyhun Yarmetov yaşadığı binanın həyətində bıçaqlanıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Ona dərhal tibbi yardım göstərilib. 

Hadisə barədə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi