Yuxarı

Xətai rayonunda 1,5 metrlik çuxurdan çıxa bilməyən şəxs xilas edilib

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıblar

Bakı. 2 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda bir nəfər quyuda köməksiz vəziyyətdə qalıb. "Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:24-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi