Xətai rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirilib

Xətai rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirilib Bakı. 17 sentyabr. REPORT.AZ/ İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Xətai Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçirib.
Hadisə
17 Sentyabr , 2018 20:38
Xətai rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Xətai Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçirib. 

Komitədən "Report"a verilən məlumata görə, monitorinq saxlanılan şəxslərin saxlanma şəraiti və onlara münasibətlə maraqlanmaq, hüquq və vəzifələrini izah etmək, qidalanma və tibbi xidmətlə tanış olmaq məqsədi daşıyıb. 

Monitorinq zamanı qanunsuz hal aşkarlanmayıb və heç bir şikayət daxil olmayıb. 

Bundan əlavə, Bakı şəhərində qadına qarşı soyğunçuluq və əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Qax rayon sakini Yaqub Məmmədov və onun xalası oğlu, Zaqatala rayon sakini İntiqam Yunusovla ayrılıqda görüş keçirilib. Onlar özlərinə qarşı sürülmüş ittihamlardan bıçaqla hədə-qorxu gələrək qadının köməksiz vəziyyətindən istifadə etməklə zorlama faktını etiraf etsələr də, həmin şəxsə qarşı soyğunçuluq etmədiklərini bildiriblər. Xətai rayon Prokurorluğunun sanksiyası ilə hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi