Xətai rayonunda yol qəzası baş verib - FOTO

Xətai rayonunda yol qəzası baş verib - FOTO Qəza Mehdi Mehdizadə və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb
Hadisə
21 Oktyabr , 2016 08:29
Xətai rayonunda yol qəzası baş verib - FOTO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Səhər saatlarında Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza paytaxtın Mehdi Mehdizadə və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Mehdi Mehdizadə küçəsi ilə hərəkətdə olan "KİA Cerato" markalı minik maşını yol hərəkəti qaydasını pozaraq onun qarşısına çıxan "Hundai Accent"lə toqquşub. Qəza nəticəsində ölən və yaralanan olmayıb.

Son xəbərlər

Orphus sistemi