Yuxarı

Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Bu gün iki nəfər evə buraxılacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan xəstələrin hamısının vəziyyəti stabildir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.

Onun sözlərinə görə, qəza baş verdiyi gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib: "Ümumilikdə hazırda xəstəxanada 13 xəstə var. Bu gün iki nəfər evə buraxılacaq. 1970-ci il təvəllüdlü Abbasov Mais, 1968-cil il təvəllüdlü Əliyev Ənvər müayinəyə buraxılacaq. Bundan başqa, xəstələr daimi psixoloq müayinəsindən keçirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi