​Bakıda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib

​Bakıda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib Yaralı sentyabrın 4-də ölüb
Hadisə
5 Sentyabr , 2015 10:48
​Bakıda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ötən ay avtomobil vuran qadın dünyasını dəyişib. "Report"un məlumatına görə, bu barədə Bakı şəhər baş polis idarəsinin yaydığı məlumatda bildirilir. Belə ki, avqustun 8-də Nobel prospektində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Azad Ənvərniya idarə etdiyi "Daevoo Nexia" markalı avtomobillə İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü Günay Ələkbərovanı vurub.

G.Ələkbərova xəstəxanaya yerləşdirilib. Yaralı sentyabrın 4-də dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi