Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəmə istintaqı başa çatıb

Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəmə istintaqı başa çatıb Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 Sentyabr , 2018 11:12
Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Növbəti prosesdə dövlət ittihamçısının təqsirləndirilən şəxsə cəza istəyəcəyi gözlənilir.

Məhkəmə iclası sentyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, M.Şəmsiyev həmçinin xalq şairi Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı da, təxminən, 4 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Zərərşəkmişlərin şikayəti əsasında həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi